Erməni terrorçu Qarabağda Azərbaycan və Rusiya hərbçilərinə qumbara atıb - YENİLƏNİB - FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Şuşa şəhəri yaxınlığında Azərbaycan və rusiyalı hərbçilərin olduğu blokposta qumbara atan erməni terrorçunun kimliyi məlum olub.
BAKU.WS "Caliber.az"a istinadən xəbər verir ki, həmin şəxs 1975-ci il təvəllüdlü Norayr Mirzoyandır.
***10.41
Erməni terrorçu Azərbaycan və Rusiya hərbçilərinə yük maşınından qumbara atıb.
BAKU.WS "Caliber.az"a istinadən xəbər verir ki, hadisə bu gün səhər saat 07:00 radələrində Şuşa şəhəri yaxınlığındakı blokpostda qeydə alınıb.
Məlumata görə, erməni terrorçu Rusiya sülhməramlıları tərəfindən saxlanılıb.
Terror aktı nəticəsində bir azərbaycanlı hərbçinin yaralandığı, ancaq həyatı üçün təhlükə olmadığı bildirilib.
__NEWL__
Oxşar xəbərlər
İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına müsahibəsi - TAM MƏTN - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenkoya m...