Erməni təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün xərclərə dair vahid məlumat bazası dekabrın 10-dək formalaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə Ermənistanın təcavüzü nəticəsində 27 sentyabrdan başlayaraq Azərbaycan ərazisinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tapşırıq verilib.
BAKU.WS Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, "ASAN" Xidmətə tapşırılıb ki, dəymiş ziyana və onun aradan qaldırılmasına, o cümlədən zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin aparılmasına çəkilmiş xərclərə dair vahid məlumat bazasının formalaşdırılmasını 2020-ci il dekabrın 10-dək təmin etməlidir.
Oxşar xəbərlər
İlham Əliyev Balakəndə “ASAN xidmət” mərkəzinin açılışını edib - FOTO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, Prezi...