Erməni silahlı qüvvələri mövqelərimizi atəşə tutub - RƏSMİ
18
avq
2021
09:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 17-si saat 21:55-dən avqustun 18-i 01:00-dək fasilələrlə Basarkeçər rayonunun Basarkeçər və Şişqaya yaşayış məntəqələrində yerləşən mövqelərindən Kəlbəcər rayonunun İstisu və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.
Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxşar xəbərlər
Ermənistan silahlı qüvvələri mövqelərimizi pulemyotlardan atəşə tutub - RƏSMİ
Avqustun 17-si saat 10:55-dən 14:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan...