Erməni qadınlar orduya cəlb edilir - 2500 dollara görə... - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda qadınlar könüllü olaraq hərbi xidmətə cəlb olunacaq.
Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan hökumət iclasında deyib.
Qeyd edək ki, Ermənistanda qadınların könüllülük prinsipi əsasında hərbi xidmətə çağırılmasını nəzərdə tutan qanun layihəsi ölkənin müdafiə naziri Suren Papikyan tərəfindən parlamentə təqdim olunub və səs çoxluğu ilə qəbul edilib.
Qanun layihəsinə görə, 6 aylıq hərbi xidməti başa vuran qadınlar 2500 dollar məbləğində ödəniş alacaqlar. Həmçinin bildirilib ki, qadınlar çağırış gününə qədər hərbi xidmətdən imtina edə bilərlər.
İndiyədək Ermənistanda qadınlar müqavilə üzrə orduda xidmət göstəriblər.
Oxşar xəbərlər
Ermənistanda qadınların hərbi xidmətə çağırılması ilə bağlı qərar qəbul edildi
Ermənistan parlamenti bazar ertəsi növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi...