Erməni hərbçiləri geyinməyə forma tapmır - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ordusu tərəfindən öldürüldüyü iddia edilən Dağlıq Qarabağ separatçılarının qondarma rəhbəri Araik Arutunyanın “Facebook” səhifəsində yayımlanmış videoda bir məqam diqqət çəkib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Arutunyanın çıxışı zamanı onun sağ tərəfində duran və rəhbərlikdə təmsil olunduğu güman edilən hərbçilərdən birinin əynindəki forma ABŞ silahlı qüvvələrinə aiddir. Sözügedən şəxsin formasındakı “US ARMY” yazısı açıq-aşkar görüntülənir.
Görünür maddi və silah bazasını itirən və günbəgün təminatda problem yaşayan erməni silahlı qüvvələrinin artıq geyinməyə normal formaları da qalmayıb.
Qeyd edək ki, qondarma rejimin rəhbərinin və ətrafındakı əsgərlərin daha əvvəl də buna oxşar görüntüləri yayılıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyevin CNN-Türk televiziyasına müsahibəsinin TAM MƏTNİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də CNN-Türk televiziyasına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir: - Cənab Prezident İlh...