Erməni biznesmen Moskvanın mərkəzində qətlə yetirildi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın paytaxtı Moskvada erməni biznesmen, 62 yaşlı Ohanes Kamaryan killer tərəfindən qətlə yetirilib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, qanlı olay ərazidə olan təhlükəsizlik kamerası tərəfindən də qeydə alınıb.
Görüntülərdə silahlı şəxsin iş adamına bir neçə dəfə atəş açdığı görünür.
Hadisə vaxtı Ohanes Kamaryanın yanında gənc qadının olduğu da görünür. Lakin qatil onu hədəfə almır.
Artıq iş adamını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bildirilir ki, o, Ermənistan vətəndaşıdır və 24 yaşı var.
Mətbuat yazır ki, Ohanes Kamaryan Ermənistanda qətl təşkil etməyə cəhd göstərdiyi üçün axtarışa verilmişdi.
Eyni zamanda qeyd olunur ki, O.Kamaryanın bütün aktivləri övladlarının adına olub.
Məlumatda həmçinin qeyd olunur ki, onun oğlu Xaçatur Kamaryan Rusiyanın ən böyük polimer məhsulları istehsalçılarından biri olan “Gavary Group”un rəhbəridir.
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...