Erməni analitik: “Azərbaycanlı hərbçilər çox rahat şəkildə Xankəndidə gəzib-dolaşırlar”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan hərbçiləri Dağlıq Qarabağda rahatlıqla gəzib-dolaşırlar”.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə Dağlıq Qarabağda erməni “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan “Facebook” səhifəsində yazıb:
“Azərbaycanlı hərbçilər çox asudə, rahat şəkildə Xankəndidə dolaşırlar. Onlar dükanlara, supermarketlərə girir, alış-veriş edirlər. Özlərini evlərindəki kimi hiss edirlər.
Doğrudur, bunlar Rusiya sülhməramlılarının müşayiəti ilə baş verir. Amma bu, mahiyyəti dəyişmir”.
O, bütün baş verənlərdə Ermənistan Baş naziri Nikol Paşinyanı günahlandırıb.
Oxşar xəbərlər
Prezident xalqa müraciət edib - VİDEO
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müraciət edib. BAKU.WS Prezident İlham Əliyevin xalqa müraciətini təqdim edir: -Əziz həmvətənlər. Mən...