Ərdoğanın sözçüsü: "Sülh ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər"

Ərdoğanın sözçüsü: Sülh ancaq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində təmin oluna bilər
Siyasət 30

“Azərbaycan-Ermənistan sərhədindəki toqquşma bizi narahat edir”.

BAKU.WS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın tviter səhifəsində yazıb.

"Azərbaycan-Ermənistan sərhədində toqquşmalar narahatlıq doğurur. Danışıqlar davam edərkən Ermənistan təxribat xarakterli mövqelərdən uzaq durmalıdır. Sülh və sabitlik yalnız Azərbaycanın ərazi bütövlüyü və qanuni hüquqları əsasında əldə edilə bilər. Türkiyə Azərbaycanın yanındadır", - deyə sözçü bildirib.

Son xəbərlər