Ərdoğandan müraciət: "Seçki qutularının yanından ayrılmayın" - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sosial mediadan seçicilərə müraciət edib.
BAKU.WS xəbər verir ki, o bu barədə tviterdə yazıb.
"Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm", - dövlət başçısı qeyd edib.
O, seçki prosesində əməyi keçən hər kəsə təşəkkür edib.
"Səhərin erkən saatlarından seçki qutuları önündə fədakarlıqla çalışan həmfikirlərimdən hər birinə təşəkkür edirəm. Bütün qardaşlarımı nəticələr yekunlaşana qədər seçki qutularına sahib çıxmağa dəvət edirəm. İndi xalqımızın iradəsini son ana qədər qorumaq vaxtıdır!", - Ərdoğan qeyd edib.
Qeyd edək ki, Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi başa çatıb.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50 %-dən çox səs toplamadığı üçün bu gün səsvermənin ikinci turu keçirilib. Türkiyə tarixində ilk dəfədir ki, prezident seçkiləri ikinci tura qalır.
Sabahın erken saatlerinden beri sandıklarda fedakârca görev yapan her bir dava arkadaşıma teşekkür ediyorum.
— Recep Tayyip Erdoğan (@RTErdogan) May 28, 2023
Sonuçlar kesinleşinceye kadar tüm kardeşlerimi sandıklara sahip çıkmaya davet ediyorum.
Şimdi, milletimizin başımız üzerine olan iradesini son ana kadar koruma vakti!
Oxşar xəbərlər
Kamal Kılıçdaroğlu səs verib
“Bütün vətəndaşları seçki məntəqələrinə dəvət edirəm”. “Report” xəbər verir ki, bunu “Millət İttifaqı”nın prezidentliyə namizədi, müxalif Cümhuriyyət Xalq Parti...