Ərdoğandan: Kahramanmaraşda 49 minə yaxın yeni ev və obyekt inşa olunub

Ərdoğandan: Kahramanmaraşda 49 minə yaxın yeni ev və obyekt inşa olunub
Video
Siyasət 72

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraş şəhərində salınan və "Azərbaycan məhəlləsi" adlandırılan yaşayış kompleksi ilə bağlı "X" sosial media hesabında paylaşım edib.

Ərdoğanın sözlərinə görə, sözügedən ərazidə ümumilikdə 49 056 ədəd yaşayış və iş yeri tikilərək istifadəyə verilib.

Prezident bildirib ki, bu layihə zəlzələdən sonra bölgədə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin bir hissəsidir.

Dövlət başçısı qeyd edib ki, ümumilikdə zəlzələdən sonra ölkə üzrə vətəndaşlara təhvil verilən mənzillərin sayı artıq 250 minə çatıb.

Qeyd edək ki, "Azərbaycan məhəlləsi" layihəsi Azərbaycan dövləti və xalqının qardaş Türkiyəyə dəstəyinin rəmzi kimi həyata keçirilən sosial mənzil təşəbbüsüdür.

Son xəbərlər