Ərdoğan: İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub
Yeniliklərdən dərhal xəbərdar olun
İzmir şəhərində baş verən zəlzələ nəticəsində indiyədək 37 nəfər həlak olub.
Bunu bu gün İzmirin Seferhisar rayonuna gələn Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti qeyd edib: "Hazırda 37 həlak olan və 885 yaralımız var. Dağıntılar altından çıxarılan vətəndaşlarımızın sayı 103-dür".
Ərdoğan əlavə edib ki, yaralılardan 667-si xəstəxanadan evə buraxılıb:
"218 vətəndaşın müalicəsi davam edir. 8 nəfər reanimasiyadadır. Üç nəfərin vəziyyəti ağırdır".
Türkiyə lideri bildirib ki, 88 ölkənin rəhbər şəxsləri baş vermiş zəlzələ ilə bağlı Türkiyəyə başsağlığı mesajlarını çatdırıblar.
Oxşar xəbərlər
Ərdoğan İzmirdəki zəlzələyə görə dəstəyini təklif edən ölkələrə təşəkkür edib
“Azərbaycandan Cənab İlham Əliyev qardaşım telefonla zəng edərək zəlzələ ilə əlaqədar hər cür şəkildə Türkiyəyə dəstək verməyə hazır olduqlarını dedi”. BAKU.WS...