Ərdoğan: "Zəlzələdən zərərçəkənlərə bir illik kirayə haqqı ödəniləcək" - VİDEO

Ərdoğan: Zəlzələdən zərərçəkənlərə bir illik kirayə haqqı ödəniləcək - VİDEO
Video
Siyasət 133

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamana gedib.

BAKU.WS xəbər verir ki, təbii fəlakət zonasında çıxış edən Türkiyə dövlət başçısı zəlzələ nəticəsində evi dağılan vətəndaşlara bir illik kirayə haqqının ödəniləcəyini bildirib:

"Çadırlarda qalmaq istəməyən vətəndaşlarımıza bir illik kirayə haqqı ödəniləcək. İstədikləri yerdə ev tutaraq yerləşə bilərlər".

Məlumat üçün bildirək ki, Türkiyə Prezidentinin Adıyamandan sonra Malatyaya getməsi planlaşdırılır.

Xatırladaq ki, Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 18 991 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 75 523 nəfər yaralanıb.

Son xəbərlər