Ərdoğan Zelenski ilə Yaxın Şərqdəki durumu müzakirə edib
21
okt
2023
17:58
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, liderlər qarşılıqlı maraq doğuran məsələlər barədə danışıblar.
Onlar, həmçinin Yaxın Şərqdəki durumu, o cümlədən İsraillə Fələstin arasındakı hərbi toqquşmanı müzakirə ediblər.
Qeyd olunub ki, Türkiyə regionda sabitliyin əldə olunması üçün bütün səyləri göstərməyə hazırdır.
Oxşar xəbərlər
Ərdoğan Putinlə Fələstin-İsrail münaqişəsini müzakirə edib - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub. Bu barədə Türkiyə Prezidentinin Administrasiyası...