Ərdoğan və Şahbaz Şərif İsrail-İran gərginliyini müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Pakistanın Baş naziri Şahbaz Şərif arasında telefon danışığı olub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ş.Şərif "X"dəki hesabında yazıb.
Qeyd olunub ki, tərəflər İsrailin İrana hücumundan sonra regiondakı durumu müzakirə ediblər: "Biz razılaşdıq ki, bu cür hərəkətlər beynəlxalq hüququn açıq şəkildə pozulması və regional sülhə təhdiddir".
Baş nazir telefon danışığı zamanı BMT və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla sülhə, çoxtərəfli diplomatiyaya sadiqliyini bir daha təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycan dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib
Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər v...