Ərdoğan: "Türkmənistan qazı 5 ildən sonra Xəzərin dibi ilə Türkiyəyə nəql ediləcək"
02
may
2025
19:32
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə beş ildən sonra Türkmənistanın təbii qazını Xəzərin dibi ilə borular vasitəsi idxal edəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Təbii Sərvətlər Zirvəsində çıxışı zamanı bildirib.
"Bu ilin mart ayından Türkmənistan qazını İran ərazisindən keçərək Türkiyəyə tədarük edirik", - deyə Türkiyə Prezidenti vurğulayıb.
Onun sözlərinə görə, indiyədək bu marşrut üzrə 250 milyon kubmetr təbii qaz nəql olunub: "İlin sonunadək onun həcminin 1,3 milyard kubmetrə çatacağı gözlənilir".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...