Ərdoğan: Türkiyə gələcəkdə ŞƏT-in daimi üzvü olmağa ümid edir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daimi üzv olmağa ümid edir və buna heç bir maneə görmür.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Bizim mövqeyimiz ondan ibarətdir ki, bizi təşkilata dialoq tərəfdaşı kimi deyil, təşkilatın digər üzvləri kimi qəbul etməlidirlər. İran nəhayət ŞƏT-ə qoşulub, Pakistan da onun üzvüdür. Hazırda ŞƏT-in 9 daimi üzvü var. Türkiyənin bu ölkələr sırasında olacağına şübhə yoxdur. Doğrudur, bu, bir qədər vaxt apara bilər”, - o vurğulayıb.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...