Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar və süni intellekt sahəsində əməkdaşlığa çağırıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk dövlətlərini yüksək texnologiyalar, süni intellekt və rəqəmsal inkişaf sahəsində əməkdaşlığı dərinləşdirməyə çağırıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türkiyə lideri Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşü zamanı bildirib.
R.Ərdoğan vurğulayıb ki, texnoloji birlik Türk dünyasının qlobal təsirinin gücləndirilməsi üçün əsas şərtdir:
"Əziz qardaşlar, gələcəkdə daha nəzərəçarpan rol oynamaq və daha böyük təsirə malik olmaq üçün biz, xüsusən də texnologiya sahəsində qarşılıqlı fəaliyyətimizi ən yüksək səviyyəyə çatdırmağa borcluyuq. Hazırkı sammitin süni intellekt və rəqəmsal inkişaf mövzusunda keçirilməsini vaxtında atılmış addım hesab edirəm".
Oxşar xəbərlər
Ukraynanı WUF13-də Aleksey Kuleba təmsil edəcək
Ukrayna Baş nazirinin müavini, Ərazi və icmaların inkişafı naziri Aleksey Kulebanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gəlir. BAKU.WS report-a istinad...