Ərdoğan: “Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edir
02
noy
2022
15:48
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
“Taxıl dəhlizi” fəaliyyətini yenidən bərpa edəcək“.
BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, Rusiya müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar arasında danışıqlardan sonra bu barədə razılıq əldə olunub.
“Yeni sevindirici xəbər Rusiya müdafiə naziri Şoyqunun milli müdafiə nazirimiz Akarla əlaqə saxlaması və bu gün saat 12:00-dan etibarən taxıl daşımalarının davam edəcəyini bildirməsidir”, - deyə Türkiyə lideri bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...