Ərdoğan sabah Təhlükəsizlik Şurasını toplayır, Azərbaycanın antiterror tədbirləri müzakirə olunacaq

27
sen
2023
16:32
Sabah, sentyabrın 28-də Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Qeyd edilib ki, iclasda Azərbaycan ordusunun sentyabrın 19-da keçirdiyi antiterror tədbirlərinin nəticəsi və regional proseslər müzakirə olunacaq.
Bundan başqa, İraq və Suriyadakı mövcud vəziyyət, həmçinin “Taxıl sazişi”nin perspektivi barədə də fikir mübadiləsi aparılacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...
