Ərdoğan Putinlə Azərbaycana aid müzakirə etdiyi məsələləri açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
“Cənab Putinin, deyəsən, bir gün əvvəl cənab İlham Əliyevlə müzakirəsi olmuşdu. Hətta mənə “Sizə İlham Əliyevin də salamını gətirirəm” dedi”.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrandan qayıdarkən jurnalistlərə müsahibəsində deyib.
“Putin müzakirə vaxtı İlham Əliyevin müsbət istiqamətdə irəlilədiyini bildirdi. Bilirsiniz ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan və Ermənistan liderləri üçtərəfli formatda görüş keçiriblər. Həmin görüş də cənab İlham Əliyevin ifadəsi ilə müsbət keçib", - o bildirib.
Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...