Ərdoğan: "İnşallah İğdırdan Azərbaycana yol çəkəcəyik"
Yeniliklərdən dərhal xəbərdar olun
İnşallah İğdırdan Azərbaycana çəkəcəyimiz yol hazırda Azərbaycanla birgə atdığımız addımlardandır.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Qardaş ölkə lideri əlavə edib ki, bura dəmiryolu da daxildir.
"Bu yolun inşası çox önəmli bir addımdır. Bizim 5-li və 6-lı platforma dediyimiz hadisələr var idi. Paşinyan hazırda bununla bağlı məqbul işarələr verir. Bu işarələrlə bərabər biz bəzi addımlar atacağıq. Ayın sonunda Putinlə baş tutacaq görüşümüzdə bütün bunlar müzakirə mövzusu olacaq. Bununla da Türkiyə-Rusiya münasibətlərində çox daha güclü və fərqli dövrə qədəm qoyacağıq", - deyə Ərdoğan əlavə edib.
Oxşar xəbərlər
Azərbaycan Respublikası və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi - TAM MƏTN
İyunun 15-də Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın işğalından azad olunan Şuşa şəhərinə tarixi səfər edib və Qarabağın ürəyi olan...