Ərdoğan: Məqsədimiz Türkiyədə Putin və Zelenski arasında danışıqlar təşkil etməkdir
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclası başa çatdıqdan sonra açıqlama verib.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, R.T.Ərdoğan çıxışında kənd təsərrüfatı və şəhərçilikdən tutmuş iqtisadiyyatdan təhsilə, xarici siyasətə qədər bir çox mövzuya toxunub.
Türkiyə dövlət başçısı taxıl dəhlizinin bütün dünya üçün əhəmiyyətini vurğulayaraq, qeyd edib ki, Qara dəniz limanlarından tədarükün bərpası sayəsində dünya əhalisinin demək olar ki, 30%-i yenidən bu bölgədən ərzaq məhsulları əldə edib.
R.T.Ərdoğan həmçinin Ukraynada baş verənlərə də toxunub.
Onun sözlərinə görə, Türkiyə Ukraynada müharibənin dayandırılması və davamlı sülhün bərqərar olması üçün səylərini davam etdirir.
"Məqsədimiz davamlı sülhə nail olmaq üçün Türkiyədə Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında danışıqları təşkil etməkdir", - deyə R.T.Ərdoğan bildirib.
Oxşar xəbərlər
BMT: Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək
Ərzaq böhranı gələn il qlobal fəlakətə çevriləcək. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu BMT-nin Ticarət və ixracın inkişafı üzrə konfransının sədri...