Ərdoğan hicab məsələsinin referenduma çıxarılmasını təklif edib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qadınların hicab taxmasına dair Konstitusiya təminatının yaradılması şərtini irəli sürüb.
BAKU.WS "Anadolu"ya istinadla xəbər verir ki, Malatya şəhərində dövlət əhəmiyyətli obyektlərin açılışında iştirak edən Türkiyə lideri Cumhuriyyət Xalq Partiyasının qanunlara qadınların hicab taxıb və ya taxmamasına dair iradə azadlığını nəzərdə tutan dəyişikliklərin edilməsi təklifinə münasibət bildirib.
“Biz qadınlarımızı heç vaxt hicablı və ya örtüksüz olaraq təsnif etməmişik, lakin hələ də onların şüurunda bu ayrı-seçkiliyin öhdəsindən gələ bilməmişik. Bu məsələ cansıxıcıdırsa, referenduma çıxaraq, parlamentdə bu məsələ həll olunmursa, xalq qərar versin", - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, bundan əvvəl Ərdoğan əsas qanunda qadınların müsəlman atributlarını geyinmək hüququnu təmin edən dəyişikliklərin hazırlanmasını təklif edib.
Oxşar xəbərlər
Türkiyə Prezidenti müxalifətin çoxminli mitinqinə reaksiya verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xalq Cümhuriyyət Partiyasının lideri Kamal Kılıçdaroğliunun iştirakı ilə Mersində keçirilən mitinqə münasibət bildirib....