Ərdoğan: Hədəf suriyalıların vətənə təhlükəsiz şəkildə geri dönməsidir
Yeniliklərdən dərhal xəbərdar olun
İstər İŞİD, PKK-YPG və ya digərləri olsun, biz terror təşkilatları arasında fərq görmürük.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitinin nəticələrinə dair mətbuat konfransı zamanı deyib.
O, terror təşkilatlarının Suriya və bölgə üçün əsas təhlükə mənbəyi olduğunu bir daha xatırladaraq, Suriya münəqişəsinin həlli üçün siyasi prosesin sürətlənməsinin və BMT prinsiplərinə əməl edilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti ölkəsinin Suriya xalqının humanitar böhrandan çıxması üçün bir sıra tədbirlər gördüyünü də qeyd edib. Onun sözlərinə görə, burada hədəf suriyalıların ölkələrinə könüllü, qürurlu və təhlükəsiz şəkildə geri dönmələridir.
Oxşar xəbərlər
Ərdoğandan İran və Rusiyaya ÇAĞIRIŞ: Türkiyə Suriyanı terrorçulardan təmizləyəcək
Astana platforması Suriya böhranında həll yolunu tapmaq üşün yeganə təsiredici təşəbbüsdür. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə prezident...