Ərdoğan Ermənistan hakimiyyətinə çağırış edib
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanla son olaraq Praqada danışıqlar apardıq.
BAKU.WS haber global-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistana səfərindən öncə jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Ermənistana açıq şəkildə dedik ki, əgər siz Azərbaycanla münasibətləri müsbət istiqamətdə aparsanız, Türkiyə olaraq bizim də Ermənistanla münasibətlərimiz müsbət istiqamətdə olacaq. Biz bunu Ermənistandan gözləyirik. Hazırda bu mərhələyə gəlib çatmamışıq. Erməni diasporu Fransa və ABŞ-da normallaşma prosesinin əleyhinə işləyirlər. Bu mənfi addımlar prosesə mənfi təsir göstərir. Belə neqativ cəhdləri müsbət istiqamətə çevirəcək Ermənistan rəhbərliyidir. Onlar buna nail olsalar, bizim baxışımız da müsbət mənada dəyişəcək”, - deyə Türkiyə lideri vurğulayıb.
Oxşar xəbərlər
Ərdoğan: “Xanımlarımız yaxşı yola gedir, amma biz səninlə yola getmirik” - VİDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronu Türk Birliyinin iclasına dəvət edib. BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki,...