Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etmədi

Ərdoğan Daxili İşlər nazirinin istefasını qəbul etmədi
Siyasət 372

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Daxili İşlər naziri Süleyman Soylunun istefasını qəbul etməyib.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimai Əlaqələr İdarəsindən məlumat yayılıb.

Bildirilir ki, Süleyman Soylu Türkiyə Daxili İşlər naziri vəzifəsində fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, ötən gün Türkiyənin daxili işlər naziri Süleyman Soylu vəzifəsindən istefa verib.

Nazir bildirib ki, həftəsonu ölkədə komendant saatının epidemiyanın qarşısının tamamilə alınması üçün tətbiq edilməsi bütün məsuliyyəti ilə ona aiddir. Hətta məhdudiyyət saatlarının əvvəlində qeydə alınan görüntülər (iğtişaşlar-red), mükəmməl idarə olunan bu prosesə uyğun gəlməyib.

Son xəbərlər