Ərdoğan: Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır
Yeniliklərdən dərhal xəbərdar olun
Bəzi qüvvələr hakimiyyətlə cəmiyyət arasında münasibətlərə xələl gətirməyə çalışır.
"Report" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) parlamentdəki qrup toplantısında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, vəzifələr müvəqqətidir, əsas olan insanların qəlbini qazanmaqdır:
"Biz cəmiyyətlə münasibətləri gücləndirməyə çalışdıqca bəzi qüvvələr buna xələl gətirməyə çalışırlar. Müxtəlif maskalar altında ölkəni istismar edənlərin iç üzlərini açmağımız bəzilərini daim narahat edib. Türkiyəyə və xalqına düşmənçilik bəsləyən çevrələr isə həmin qüvvələri öz məqsədləri üçün tam istifadə ediblər".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...