Ərdoğan Bakir İzetbeqoviçlə Bosniya və Herseqovinadakı seçkiləri müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bosniya və Herseqovinanın Demokratik Hərəkət Partiyasının sədri Bakir İzzetbeqoviçlə bu ölkədə keçirilən seçkilərin nəticələrini müzakirə edib.
BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, B.İzzetbeqoviç telefon danışığı zamanı Türkiyə Prezidentinə Demokratik Hərəkət Partiyasının seçicilərdən ciddi dəstək aldığını, 2018-ci ildəki seçkilərlə müqayisədə bir çox bölgədə səslərini artırdığını qeyd edib.
Rəcəb Tayyib Ərdoğan Demokratik Hərəkət Partiyasının seçkilərdəki uğuru münasibətilə B.İzetbeqoviçi təbrik edib, Bosniya və Herseqovina dövlətinin və xalqının mənafeyi uğrunda çalışmağı dəstəklədiyini bildirib.
Xatırladaq ki, oktyabrın 2-də Bosniya və Herseqovinada Rəyasət Heyətinin üzvlərinin, iki inzibati vahid üzrə rəhbərlərin, kanton üzvləri və deputatların müəyyən olunduğu ümumi seçkilər keçirilib.
Oxşar xəbərlər
Türkiyə və Bosniya-Herseqovina arasında şəxsiyyət vəsiqəsi ilə gediş-gəliş mümkün olacaq
Türkiyə və Bosniya-Herseqovina arasında viza rejimi sadələşdirilir. BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə Bosniya-Herseqovinada səfə...