Ərdoğan Azərbaycan və Türkmənistan liderləri ilə qaz qovşağını müzakirə etmək niyyətindədir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın əvvəlinə planlaşdırılan Aşqabad səfəri zamanı Azərbaycan və Türkmənistan liderləri ilə təbii qaz qovşağının yaradılmasını müzakirə etməyi planlaşdırır.
BAKU.WS "report"a istinadən xəbər verir ki, Türkiyə lideri bunu jurnalistlərə açıqlamasında deyib.
“(Rusiya Prezidenti Vladimir – red.) Putin və onun rəsmi təmsilçiləri Türkiyədə enerji qovşağının yaradılması ilə bağlı artıq bəyanatlar veriblər. Atılması planlaşdırılan addımlar sayəsində Türkiyə təbii qazın paylanması mərkəzinə çevriləcək.
Onun yaradılması ilə bağlı məsələlərin gələn ayın əvvəlində Aşqabad səfəri zamanı Türkmənistan və Azərbaycan prezidentləri ilə müzakirə edilməsi planlaşdırılır. Ümid edirəm ki, müsbət nəticələr əldə olunacaq”, - Ərdoğan deyib.

Oxşar xəbərlər
İlham Əliyev və Ərdoğan Rize-Artvin hava limanının açılışında iştirak ediblər - YENİLƏNİB - FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə mayın 14-də qardaş ölkəyə işgüzar səfərə...