Ərdoğan: "Azərbaycan haqlı mübarizəsinə kölgə salmadı"
Yeniliklərdən dərhal xəbərdar olun
"Azərbaycan Prezidenti cənab İlham Əliyevin dəvəti ilə Azərbaycana rəsmi səfər edəcəyik".
BAKU.WS xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Türkiyə prezidenti bildirib ki, Şanlı Azərbaycan Ordusu Ermənistanın başlatdığı hücumlardan sonra işğal altındakı Qarabağ torpaqlarını azad etmək üçün uğurlu mübarizə aparıb:
"Prezident İlham Əliyevin uğurlu komandanlığı və Azərbaycan Ordusunun rəşadəti qələbəyə çatmaqda əsas amillərdir. Ermənilərin mülki əhalini hədəf alan xain hücumlarına baxmayaraq, Azərbaycan haqlı mübarizəsinə kölgə salmadı.
44 gün davam edən çətin mübarizələrdə həmd olsun, ulduz və hilal Qarabağ səmalarında qürurla dalğalanır. 30 illik ədalətsizliyə son qoyulmasının sevinci yaşanır. İlk gündən etibarən bacardığımız bütün vasitələrlə azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsinə dəstək verdik.
Millətimizi 1944-cü ildə tək partiyalı CHP-nin ölkəmizə yaşatdığı biabırçılıqdan da xilas etdik. Sabah Bakıda keçiriləcək qələbə mərasimlərinə qatılaraq Azərbaycan xalqının sevincinə şərik olacağıq.
Azərbaycanın qələbəsi əməkdaşlığımızın gələcək inkişafı üçün zəmin yaratdı. Yenidənqurma işlərində azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Pandemiyaya qarşı birgə səyləri də nəzərdən keçirəcəyik".
Oxşar xəbərlər
İlham Əliyev Türkiyənin “Haber Türk” telekanalına müsahibə verib - YENİLƏNİB - VİDEO
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verib. Oktyabrın...