Ən ağır yalan - Vəziyyəti ağır olan anaya oğlunun öldüyünü demirlər - FOTO
Türkiyənin Hatay vilayətinin Antakya bölgəsində zəlzələdə evi dağılan Hülya Kilin ailəsi ilə birgə dağıntılar altında qalıb və əri ilə övladları dünyasını dəyişib. Yaxınları qadına böyük oğlunun yaşadığı yalanını deyiblər ki, həyatda qalsın.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Hülya Kilin zəlzələnin 5-ci günündə ağır yaralarla dağıntılar altından xilas edilərkən, əri polis məmuru Metin Kilin və iki oğlu Buğra (20) və Mustafa Kilin (9) həyatını itirib. O, həyat yoldaşı və oğlunun öldüyünü gördüyü üçün dağıntılar altından çıxmaq istəməyib.
"Ərinin və kiçik oğlunun ölümünü çətin də olsa qəbul etdi. Yalan danışdıq ki, böyük oğlun da xəstəxanadadır. Onun sağ qalması və müalicələrə cavab verməsi üçün böyük oğlunun həyatda olduğunu dedik. Bunu eşidən kimi müalicəyə reaksiya verməyə başladı, - deyə qadının qardaşı bildirib.
Bacısının yaşadığı binanın tamamilə dağıldığını, texnika olmadığı üçün dərhal müdaxilə edə bilmədiklərini deyən Hasan Zengin ilk günlərdə yeznəsi və bacısı oğlundan da səslər eşitdiyini bildirib və əlavə edib:
"Yer üzündə yaşayarkən cəhənnəmi gördük. Çarəsizliyi, zaman anlayışının nə qədər əhəmiyyətli olduğunu anladıq. Saniyələrlə yarışdıq. Çox çalışdıq. Ümidsizlik çox pisdir. Bir insanın ölümünə şahid olmaq bizi çox kədərləndirdi. Bacımın səsi çox boğuq idi. 90 ya da 98 saat sonra onu dağıntılar altından çıxartdım".
Qeyd edək ki, Türkiyədə zəlzələdə ölənlərin sayı 39 672 nəfərə çatıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə daha bir möcüzə: 261 saat sonra sağ çıxdılar - FOTO/VİDEO
Türkiyənin Hatay şəhərinin Antakya rayonunun Odabaşı məhəlləsində təbii fəlakətdən 261 saat sonra zəlzələdən çökmüş binanın dağıntıları altından 2 nəfər sağ çıx...