"Empire State" Türkiyə bayrağı rəngində işıqlandırıldı - FOTO
ABŞ-ın Nyu York şəhərindəki "Empire State" binası Türkiyə bayrağına uyğun rənglərlə işlıqlandırılıb.
BAKU.WS türk mətbuatına istinadən xəbər verir ki, qardaş ölkədə baş verən güclü zəlzələdə vəfat edənlərin əziz xatirəsinə hörmət əlaməti olaraq tarixi bina üzərində ağ və qırmızı işıq proyeksiyası qurulub.
"Empire State"in rəhbəri şəxsi tvitter hesabından bildirib: "Bina fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdə həyatını itirənlərin xatirəsinə hörmət olaraq ağ və qırmızı rənglərə boyanacaq".
Paylaşımda Türkiyənin Nyu Yorkdakı Baş konsulluğu tərəfindən edilən yardımlarla bağlı da məlumatlar qeyd edilib.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...