“Əminəm ki, əməkdaşlığımızın gələcəyi çox yaxşı olacaq” - İlham Əliyev İranın naziri ilə görüşdə
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 3-də İran İslam Respublikasının Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
BAKU.WS azərtac-a istinadən xəbər verir ki, nümayəndə heyətinin üzvlərini görüşdə İlham Əliyev bütün sahələrdə olduğu kimi, rabitə və informasiya texnologiyaları sahəsində də əməkdaşlığın gələcəyi çox yaxşı olacağına əmin olduğunu bildirib:
“Bildiyiniz kimi, oktyabrın sonunda Prezident Ruhani ilə mənim görüşüm olub. Bizim görüşlərimiz müntəzəm olaraq keçirilir. Son bir neçə il ərzində 10-dan çox görüş oldu. Onların hamısı da çox məhsuldar idi. Bir çox məsələlər öz həllini tapdı. Şadam ki, əldə edilmiş razılaşmalar həyatda öz əksini tapır.
Bu gün bizim Baş Nazirin müavini Şahin Mustafayev İranda səfərdədir və gələcək əməkdaşlıq haqqında danışıqlar aparacaq. Əlbəttə, baxmayaraq ki, bir çox məsələlər artıq reallaşıb, yenə də həllini gözləyən məsələlər var. Əminəm ki, onlar da öz həllini tapacaq. Son illərdə, xüsusilə nəqliyyat, energetika, ticarət sahələrində çox yaxşı nəticələr əldə etdik. Eyni zamanda, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalandı. Bu da tarixi nailiyyətdir. Bir sözlə, ikitərəfli gündəlik kifayət qədər genişdir. Bu il ikitərəfli əlaqələr üçün çox məhsuldar il olmuşdur. Əminəm ki, 2020-ci il də əməkdaşlıq üçün uğurlu olacaq. Bir daha xoş gəlmisiniz”.
Oxşar xəbərlər
Prezident Bolqarıstanın Daxili İşlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 21-də Bolqarıstan Respublikasının Daxili İşlər naziri Mladen Marinovun başçılıq etdiyi nümayəndə hey...