Emin Əmrullayev: “Şuşada inşa edilən məktəb gələn il təhvil veriləcək”
Yeniliklərdən dərhal xəbərdar olun
“Növbəti tədris ilinin əvvəlində Şuşa şəhərində inşa edilən məktəb təhvil veriləcək”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Böyük Qayıdış: İlham Əliyev siyasətinin təntənəsi” adlı konfransda deyib.
Suqovuşanda artıq məktəbin tikintisinin başa çatdığını vurğulayan nazir söyləyib ki, azad edilən ərazilərdə 197 məktəbəqədər təhsil müəssisəsi tikiləcək:
“Məcburi köçkün məktəblərinin həmin bölgələrə köçürülməsi istiqamətində planlı işlər aparılır. 5-7 il ərzində Azərbaycanda standartdan kənar məcburi köçkün məktəbi anlayışı olmayacaq. Bu prosesdə yeni bacarıqlar olduqca vacibdir”.
E.Əmrullayev Şuşa Realnı Məktəbinin bərpasına artıq başlanıldığını bildirib.
Oxşar xəbərlər
İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirənin TAM MƏTNİ
Aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirə keçirilib. BAKU.WS xəbər verir ki, dövl...