Emin Ağalarovdan 17 milyonluq xeyirxah addım - FOTO
24
okt
2019
10:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın xalq artisti Emin Ağalarov Rusiyanın Kemerovo şəhərində xeyriyyə konserti ilə çıxış edib.BAKU.WS xəbər verir ki, bu barədə "Crocus Group" məlumat yayıb. Konsert zamanı bilet satışından əldə olunan bütün məbləğ 818 min rubl (21 min AZN) Kuzbassın "Detskoe serdçe" fondu, "Rodnik" uşaq evi, habelə Kerns-Seyr sindromundan əziyyət çəkən Vlad Tsıqanov arasında paylaşılıb. Emin Ağalarov Kemerova səfəri zamanı 2018-ci il martın 25-də baş vermiş dəhşətli faciədən sonra "Zimnyaya Vişniya" ticarət mərkəzinin yerində inşa olumuş "Angelov" parkında da olub.Hələ ötən il Emin Ağalarov dostları ilə birgə zərər çəkən ailələr üçün 17 135 038 rubl (455 min AZN) pul toplayıb, indi isə Müslüm Maqomayev Fondu və Rusiya Qırmızı Xaç Cəmiyyətinin Kemerovo şəhər şöbəsi ilə bərabər yanğında övladları həlak olan Treşevsk kəndinin altı ailəsinə yardım göstərir.
Qalereya
Oxşar xəbərlər
Emin Ağalarov məşhur "Ok" jurnalını aldı
Azərbaycanın Xalq artisti Emin Ağalarov “OK!” jurnalını alıb.BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, məsələ ilə bağlı razılaşmanın yaxın gələcəkdə yekun...