Elmar Məmmədov: COP29-da beynəlxalq təşkilatların dəstəyini qazanan əhəmiyyətli təşəbbüslərə başlanılıb
COP29-da İnsan İnkişafı Günü çərçivəsində beynəlxalq təşkilatların dəstəyini qazanan iki əhəmiyyətli təşəbbüs başladılıb.
"Report" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin İqtisadi Əməkdaşlıq İdarəsinin rəisi, COP29 Fəaliyyət Gündəliyinin Qlobal Təşəbbüslər Qrupunun həmsədri Elmar Məmmədov COP29 çərçivəsində "Bacarıqlara investisiya əhəmiyyətli iqlim öhdəliyidir" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, UNESCO, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Əmək Təşkilatı, müxtəlif BMT agentlikləri və üç çoxtərəfli inkişaf bankı öz dəstəyini bəyan edib.
"Bunların arasında Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı, eləcə də üç fond - Qlobal Fond, Yaşıl İqlim Fondu və Adaptasiya Fondu da var. Bundan əlavə, biz mühüm bir sənəd - İnsan inkişafı üçün iqlim dayanıqlığı üzrə rəhbər prinsipləri qəbul etdik", - həmsədr vurğulayıb.
Oxşar xəbərlər
Qərbi Azərbaycan Xronikası: "Olimpiadalarda Paşinyanın doğulduğu kəndin komandasını udurduq"
Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı h...