Elm aləmində həyəcana səbəb oldu: Yüksək ehtimalla ən ağır heyvanın fosili tapıldı - FOTO

Elm aləmində həyəcana səbəb oldu: Yüksək ehtimalla ən ağır heyvanın fosili tapıldı - FOTO
Foto
Siyasət 126

Belçika Kral Təbiət Elmləri İnstitutu (ROBINS) Peru sahillərində indiyə qədər yaşamış ən ağır heyvanın qalıqlarının tapıldığını açıqlayıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, aralarında belçikalı təbiətşünas Olivier Lambertin də olduğu komanda yer üzündə indiyə qədər yaşamış ən ağır heyvanın 39 milyon illik fosillərinə rast gəlib.

"Perucetus colossus" adlı balina növünə aid fosillərin tapılması ilə əvvəllər mavi balinaya aid olduğu düşünülən ağır heyvan rekordu qırılıb.

Mavi balinanın çəkisi 100-190 tona çata bildiyi halda, fosili tapılan canlının 85 ilə 340 ton arasında olduğu təxmin edilir.

Son xəbərlər