Əli Həsənovun oğlunu məhkəməyə verdilər - SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Kaspi Global” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı məhkəmə iddiası qaldırıb.
BAKU.WS "yeniavaz.com"-a istinadən xəbər verir ki, məhkəmə baxışı bu gün - 07.05.2021-ci il tarixində Bakı Kommersiya Məhkəməsində hakim Leyla Əliyevanın sədrliyi ilə baş tutacaq.
Məhkəmə iddiasının müqavilə tələbi ilə əlaqəli olduğu bildirilir.
Qeyd edək ki, məhkəmə iddiasında borclu olaraq göstərilən “Kaspi Global” MMC-nin direktoru Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun oğlu Şamxal Həsənlidir.
Hüquqi ünvanı Bakı şəhəri Səbail rayonu, Fikrət Əmirov, ev 1-də yerləşən “Kaspi Global” MMC 27.07.2011-ci ildə dövlət qeydiyyatına alınıb.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...