Əli Əsədov Ukraynanın yeni Baş Nazirini təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Baş Nazir Əli Əsədov Denis Şmıqala Ukraynanın Baş Naziri təyin edilməsi münasibətilə təbrik məktubu göndərib.
BAKU.WS xəbər verir ki, Baş Nazir təbrik məktubunda bildirib ki, Azərbaycan ilə Ukrayna arasındakı ənənəvi dostluq əlaqələri, qarşılıqlı faydalı əməkdaşlıq dövlətlərarası münasibətlərin inkişafı üçün möhkəm bünövrədir.
Ə.Əsədov ikitərəfli əlaqələrin, strateji əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi istiqamətində birgə addımlar atılacağına ümidvar olduğunu qeyd edib:
”Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Ukrayna xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...