Əli Əsədov Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verdi

Əli Əsədov Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verdi
Siyasət 88

Baş nazir Əli Əsədov iyulun 13-də Yaponiyanın ölkəmizdəki səfirliyinə gedərək görkəmli dövlət xadimi, sabiq baş nazir Şinzo Abenin ölümü ilə əlaqədar başsağlığı verib.

BAKU.WS Nazirlər Kabinetinin yaydığı məlumata istinadən xəbər verir ki, baş nazir Ə.Əsədov səfirlikdə açılan matəm kitabına Şinzo Abenin ona edilən sui-qəsd nəticəsində ölümü xəbərinin sarsıntı və dərin kədər hissi ilə qarşılandığını yazdı.

Bütün həyat və fəaliyyətini doğma ölkəsinə ləyaqətlə xidmətə həsr etmiş Şinzo Abenin beynəlxalq aləmdə yüksək nüfuz sahibi olduğu qeyd edilib. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında onun böyük xidmətləri təqdir olunub.Həmçinin mərhumun ailəsinə və yaxınlarına, dost Yaponiya xalqına dərin hüznlə başsağlığı verilib.

Son xəbərlər