Əli Əsədov Monteneqro baş nazirinin müavini ilə görüşüb
Azərbaycanın Baş naziri Əli Əsədov Monteneqronun baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Monteneqro münasibətlərinin bir çox sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində iki ölkə tərəfindən göstərilən qarşılıqlı dəstək vurğulanıb.
Söhbət zamanı Azərbaycanla Monteneqro arasında ticarət-iqtisadi, investisiyaların təşviqi, energetika, humanitar, turizm və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün birinci xanım Mehriban Əliyeva ilə birlikdə fevralın 13-də Almaniyaya...