Əli Əsədov Minskin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub
05
okt
2024
10:21
Azərbaycanın Baş naziri Əli Əsədov belaruslu həmkarı Roman Qolovçenkonun müşayiəti ilə Minsk vilayətinin Novaya Okolitsa azmərtəbəli yaşayış massivində olub.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Hökumət başçılarına layihə çərçivəsində istifadə olunan fərdi tikintiyə dair yeni yanaşmalar və texniki həllər barədə məlumat verilib, mikrorayonda yaşayış binalarına, mühəndis, nəqliyyat və sosial infrastruktur obyektlərinə baxış keçirilib.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərə köçürülən 3000-ə yaxın sakinin məşğulluğu təmin edilib
Azad edilmiş ərazilərə köçürülən sakinlərdən 2800-dək şəxsin məşğulluğu təmin edilib, 117 nəfər üçün özünüməşğulluq proqramının dəstəyi ilə kiçik ailə təsərrüfa...