Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın Baş naziri Əli Əsədov mayın 6-da ölkədə səfərdə olan Beynəlxalq Kanoe Federasiyasının prezidenti Tomas Konyetsko və Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana ilə görüşüb.
BAKU.WS xəbər verir ki, görüşdə T.Konyetskonun və J.Zunqrananın Azərbaycanda keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş avarçəkmə üzrə “Prezident kuboku-2023” reqatasında iştirakı yüksək qiymətləndirilib.
Turninin təntənəli açılış mərasiminin artıq üçüncü dəfə ölkəmizin işğaldan azad edilmiş bölgəsində - Suqovuşanda keçirilməsi məmnunluqla vurğulanıb, yarışda iştirak edən ölkələrin sayının ilbəil artdığı diqqətə çatdırılıb.
Eyni zamanda Azərbaycanla Beynəlxalq Kanoe Federasiyası və Avropa Kanoe Assosiasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...