Əli Əsədov Belarusun yeni təyin olunan Baş nazirini təbrik edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Aleksandr Turçini Belarus Respublikasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Ə.Əsədov təbrik müraciətində Azərbaycan ilə Belarus arasında iki xalqı birləşdirən dostluq, qarşılıqlı hörmət və etimad ənənələrinə əsaslanan, ardıcıl olaraq genişlənən və dərinləşən qarşılıqlı faydalı tərəfdaşlığın yüksək səviyyədə olduğunu qeyd edib.
Qeyd olunub ki, fəal siyasi dialoq, intensiv təmaslar, ikitərəfli və çoxtərəfli formatlarda sıx qarşılıqlı fəaliyyətlə səciyyələnən dövlətlərarası münasibətlər xüsusi məmnunluq doğurur.
Ə.Əsədov, həmçinin Azərbaycan Respublikası və Belarus Respublikası prezidentlərinin iki ölkənin dost xalqlarının rifahı naminə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsinə yönəlmiş tapşırıqlarının icrası istiqamətində birgə fəal işləməyə hazır olduğunu bildirib.
Oxşar xəbərlər
"Bu dairədən getməlisən": Xoşqədəm Hidayətqızı Ramiz Mehdiyevlə bağlı illər sonra danışdı
Tanınmış jurnalist və televiziya aparıcısı Xoşqədəm Hidayətqızı Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə uzun illər davam etdiyini iddia etd...