Əli Əsədov: "Azərbaycanın sülh gündəliyi regionun iqtisadi və siyasi gələcəyini formalaşdırır"

"Bu gün dünya Cənubi Qafqazda təhlükəsizlik, sabitlik, davamlı sülh və əməkdaşlıq baxımından tarixi bir dövrün başlanğıcına şahidlik edir".
BAKU.WS"Report"a istinadla xəbər verir ki, bunu Baş nazir Əli Əsədov hökumətin Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqton səfərinə həsr olunan xüsusi iclasının yekunu zamanı çıxışında deyib.
O qeyd edib ki, Vaşinqton görüşündən sonra regionda zəngin imkanların mövcudluğu ilə seçilən yeni mərhələ başlayır:
"Xüsusilə yeni dəhlizin açılması üzrə razılaşma Naxçıvan Muxtar Respublikasının blokadadan çıxmasını təmin etməklə və onun sosial-iqtisadi inkişafına xüsusi təkan verməklə yanaşı, eyni zamanda regional nəqliyyat və iqtisadi inteqrasiyanın əsasını qoyur. Dəhlizin açılması Azərbaycan Hökuməti qarşısında yeni və məsuliyyətli bir çağırışdır. Bu məqsədlə ilkin mərhələdə gündəlik əsasda gərgin iş aparılmalıdır".
Baş nazir vurğulayıb ki, Avropanı Asiya ilə birləşdirəcək bu unikal yol regionun enerji və nəqliyyat xəritəsini tamamilə dəyişəcək, ölkələr arasında ticarət əlaqələrini sürətləndirəcək və nəticədə Azərbaycan tranzit ölkə kimi ixrac imkanlarını artıraraq dünya iqtisadiyyatına daha sürətli şəkildə inteqrasiya olunacaq.
"Bu proses Cənubi Qafqaz üçün çox önəmli tarixi məsələdir. Azərbaycanın sülh gündəliyi regionun iqtisadi və siyasi gələcəyini formalaşdırır.
Cənubi Qafqaz, ümumilikdə, sabitlik adasına çevriləcək. Bütün bunlar nəyi nə zaman edəcəyini hər kəsdən yaxşı bilən, dediyi sözü, verdiyi vədi mütləq şəkildə gerçəkləşdirən Prezident İlham Əliyevin siyasətinin hər zaman prioriteti olub", - deyə Ə.Əsədov əlavə edib.
Oxşar xəbərlər
Emin Ağalarov Mehriban Əliyevanı təbrik edib
Avqustun 26-da ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban Əliyeva doğum gününü qeyd edir. Xalq artisti, müğənni Emin Ağalarov Mehriban Əliyevanı...
