Əli Əsədov: Abşeron yatağından qazın Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır
Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasında çıxışı zamanı deyib.
Baş nazir vurğulayıb ki, iki ölkə arasında enerji tərəfdaşlığının gündəliyində bir sıra perspektivli layihələr var.
Bunların sırasında Ə.Əsədov iyunda Türkiye Petrolleri Anonim Ortaklığı (TPAO) şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şəfəq-Asiman" dəniz yatağında 30 % paya sahib olduğunu qeyd edib.
"Birlikdə Xəzər dənizindəki bu perspektivli yatağın tam potensialını üzə çıxarmaq üçün çalışacağıq. Bununla yanaşı Abşeron yatağından qazın 2029-cu ildən başlayaraq Türkiyəyə ixracına başlanılması ilə bağlı danışıqlar aparılır. Enerji işbirliyimizin aparıcı qüvvəsi olan SOCAR bu gün də Türkiyədəki fəaliyyətini genişləndirir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Biz sülhün iqtisadi, ticari və digər sahələrdə real faydalarının şahidi oluruq
Ötən il ərzində Azərbaycan ilə Ermənistan arasında münasibətlərin inkişafı baxımından vacib işlər görülüb. BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İl...