Elçin Əmirbəyov: TDT-nin 12-ci sammiti qlobal məsələlərin geniş spektrini əhatə edəcək

Elçin Əmirbəyov: TDT-nin 12-ci sammiti qlobal məsələlərin geniş spektrini əhatə edəcək
Siyasət 144

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin liderlərinin Azərbaycanda keçiriləcək 12-ci sammitində qlobal məsələlərin geniş spektrinin müzakirəsi planlaşdırılır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov IV Antalya Diplomatik Forumu çərçivəsində keçirilən "TDT: Unikal əməkdaşlıq modeli" adlı panel müzakirəsində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan bu mühüm beynəlxalq sammitə bu ilin oktyabrında ev sahibliyi etməyə hazırlaşır.

E.Əmirbəyov vurğulayıb ki, müasir dünya daha çox konsolidasiya edilmiş yanaşma tələb edən bir çox çağırış və parçalanmalarla üzləşir: "Hesab edirəm ki, biz Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyəni əhatə edən bu geniş coğrafiya ilə əlaqəni gücləndirməliyik. Bu, Türk Dövlətləri Təşkilatına mədəni-dil birliyi statusundan mühüm geosiyasi oyunçu roluna keçməyə imkan verəcək".

O qeyd edib ki, TDT yaradıldığı 2009-cu ildən bəri əhəmiyyətli inkişaf yolu keçib. "Nazil olduğumuz irəliləyişi görməkdən məmnunam. Əminəm ki, bütün bu məsələlər Azərbaycanın payızda qürurla ev sahibliyi edəcəyi 12-ci zirvə görüşündə ətraflı müzakirə olunacaq", - xüsusi nümayəndə bildirib.

Son xəbərlər