Elçin Əmirbəyov: “Beynəlxalq təşkilatlar Ermənistana təzyiq göstərməli, hücumlarının qarşısı alınmalıdır”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan Moskvada əldə edilmiş razılaşmaya əsasən, münaqişənin sülh yolu ilə həllinə sadiqliyini nümayiş etdirdi. Lakin Ermənistan hətta mülki əhaliyə qarşı da hücumlarını davam etdirməkdədir”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Respublikasında akkreditə olunmuş xarici hərbi attaşelərə və beynəlxalq təşkilatların (BMT, Aİ, BQXK) ölkəmizdəki nümayəndələri üçün keçirilər brifinqdə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov bildirib.
E. Əmirbəyov deyib ki, Ermənistan ötən gecə Gəncəni bombalayıb: “Bu, Ermənistanın münaqişənin sülh yolu ilə həllini istəmədiyini göstərdi.
Hesab edirəm ki, beynəlxalq təşkilatlar bu məsələdə Ermənistan hökumətinə təzyiq göstərməli və Ermənistanın hücumlarının qarşısı alınmalıdır”.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...