Əlcəzair Prezidenti: Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm
Yeniliklərdən dərhal xəbərdar olun
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.
Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...