Elbrusda xizəkçilər toqquşdu: ÖLƏN VAR - VİDEO
06
yan
2023
13:15
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyanın Kabardin-Balkar Respublikasında xizəkçi Elbrus dağından enərkən həlak olub.
BAKU.WS Rusiya KİV-ə istinadla xəbər verir ki, 44 yaşlı kişi tələbləri pozaraq müəyyən edilmiş marşrutdan çıxıb.
İlkin məlumatlara görə, o, xeyli sürət yığıb və yoldakı başqa xizəkçi ilə toqquşub.
"Toqquşma nəticəsində həmin şəxs ölümünə səbəb olan ağır bədən xəsarətləri alıb. İkinci xizəkçi tibb müəssisəsinə aparılıb, onun həyatı üçün təhlükə yoxdur", - deyə məlumatda deyilir.
Xizəkçinin ölümü ilə bağlı araşdırma aparılır.
Görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...